Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Boks millimizdən fiasko
Macarıstanın paytaxtı Budapeştdə keçirilən gənclərdən ibarət qadın və kişi boksçuların dünya çempionatı Azərbaycan üçün başa çatıb.
Oxu.Az xəbər verir ki, sonuncu nümayəndəmiz İsmayıl Yaqubov dünən medalın bir addımlığında – yarımfinalda rusiyalı İqor Fyodorova uduzmaqla bunu rəsmiləşdirib.
Qeyd edək ki, baş məşqçisi Vaqif Şirinov, məşqçiləri Əli İsmayılovla Etibar Abdullayevin olduğu millimiz Budapeştə Maqsud Xasmetov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Zaur Musayev (81 kq) və İsmayıl Yaqubovdan (91 kq) ibarət heyətlə yollanmışdı.
Səbuhi MUSAYEV
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər