Azərbaycanlı boksçu Albert Səlimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı qazanıb.
Oxu.Az Ümumdünya Boks Seriyasının saytına (WSB) istinadən xəbər verir ki, o aprelin 11-də Quba Olimpiya Kompleksində “USA Knockouts”dakı rəqibi Karlos Balderası texniki nokautla yenib və WSB Liqasının reytinqində 60 kq çəkidə birinci pilləni təmin edib.
Azərbaycan Boks Federasiyası 60 kq çəkidə olimpiadaya vəsiqənin digər yarışlarda qazanılmasına qərar verməsə, Səlimovun lisenziyası rəsmiləşəcək.
E.Ə.
www.oxu.az