"Qarabağ"ın məğlubedilməz bir komanda olmadığı ortaya çıxdı. Onları sadəcə mətbuatda həddindən artıq şişirdirdilər. Guya inanılmaz və qorxulu komandadırlar. Ancaq mən orada qorxulu heç nə görmədim. Cəmi üç-dörd yüksək səviyyəli futbolçuları var, vəssalam".
Oxu.Az topsport.bg saytına istinadən xəbər verir ki, bunu Bolqarıstan millisinin və "ÇSKA Sofiya"nın sabiq futbolçusu Georgi Georgiyev deyib.
"Azərbaycandakı oyun məni həqiqətən də yaxşı mənada təəccübləndirdi. ÇSKA əla çıxış etdi. İndi bizi daha çətin bir sınaq - Sofiyadakı cavab görüşü gözləyir. Fikrimcə, eyni üslubda, hətta bir az da aqressiv oynamaq lazımdır.
Bakıdakı oyun bərabər səviyyədə keçdi, bəzi anlarda ÇSKA-nın üstünlüyü belə hiss olunurdu. Cavab matçında mütləq qalib gəlmək lazımdır, bu, komanda üçün Avropada uzun müddət mübarizə aparmağa geniş imkanlar yaradacaq.
Meydana 0:0 və ya 1:1 hesabı üçün çıxmaq olmaz. Çünki "Qarabağ" təzyiq altında oynayarkən çoxlu səhvlərə yol verdiyini göstərdi", - deyə G.Georgiyev bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Bakıda "ÇSKA Sofiya" ilə heç-heçə edib (0:0). Təkrar oyun iyulun 30-da Bolqarıstanda baş tutacaq.