UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycanın "Qarabağ" klubu Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək. Qalib komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "ÇSKA Sofiya" qarşılaşmasında ikinci hissə start götürüb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə komandalar fasilədən sonra yenidən meydana çıxıblar.
Xatırladaq ki, matçın ilk hissəsi 0:0 hesablı bərabərliklə başa çatıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "ÇSKA Sofiya" qarşılaşmasında ilk hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün ilk 45 dəqiqəsində komandalar hesabı aça bilməyiblər.
Beləliklə, tərəflər fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" və Bolqarıstanın "ÇSKA Sofiya" komandaları arasında qarşılaşma start götürüb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Bolqarıstanın "ÇSKA Sofiya" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo.
Baş məşqçi: Qurban Qurbanov.
"ÇSKA Sofiya": 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy.
Baş məşqçi: Xristo Yanev.
Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında doğma meydanda Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Qeyd edək ki, "Qarabağ" ilk mərhələdə İslandiyanın "Vestri" klubunu iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edib.
"ÇSKA Sofiya" isə hər iki oyunda Şimali İrlandiyanın "Derri Siti" klubundan üstün olub - 2:1 və 3:2.
Xatırladaq ki, "Qarabağ" və "ÇSKA Sofiya" klubları arasında cavab oyunu iyulun 30-da keçiriləcək.