UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde" - "Zirə" qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, "Zirə" səfərdə estoniyalı rəqibinə məğlub olub - 1:0.
Yeganə qolu 87-ci dəqiqədə Çam vurub.
Tərəflər arasında təkrar görüş iyulun 30-da baş tutacaq.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde" - "Zirə" qarşılaşmasının son dəqiqələrində hesab açılıb.
Oxu.Az xəbər verir ki, ev sahibləri fərqləniblər.
"Zirə"nin qapısından qolu 87-ci dəqiqədə Çam vurub.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde" - "Zirə" qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, Pyarnu şəhərində keçirilən görüşü moldovalı hakim Roman Jitari idarə edir.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada üz-üzə gələcək "Payde" və "Zirə" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar saat 20:00-da Pyarnu şəhərində yerləşən "Rannastadion" arenasında keçiriləcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Payde": 99. Ebrima Jarju, 7. Edqar Tur, 27. Baranov, 3. Viktor Uqo, 2. Lilander, 11. Sona, 28. Hoym, 10. Miller, 77. D.Luts, 30. Badamosi, 19. S.Luts
Baş məşqçi: Tarmo Kink.
"Zirə": 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 32. Qismət Alıyev, 9. Davit Volkov, 4. Ruan Renato, 7. Eren Aydın, 20. İssa Cibrilla, 21.Quima, 11. Junior Martins, 17. Vyeyra 93. Brahim Konate
Baş məşqçi: Rəşad Sadıqov
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün növbəti oyununa çıxır.
Oxu.Az xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Zirə" Estoniyanın "Payde" komandası ilə qarşılaşacaq.
Payde şəhərindəki eyni adlı stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək.
Qeyd edək ki, ilk təsnifat mərhələsində "Zirə" hər iki oyunda Gürcüstanın "Torpedo Kutaisi" klubundan üstün olub. Hər iki qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Payde" isə ilk mərhələdə Litvanın "Hegelman" klubunu iki oyunun nəticəsinə əsasən məğlub etməyi bacarıb. İlk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Estoniya təmsilçisi cavab qarşılaşmasında 3:0 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, "Zirə" və "Payde" arasında Bakıdakı qarşılaşma iyulun 30-da olacaq.