Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Borussiya Dortmund"un futbolçusu adını UEFA Çempionlar Liqasının tarixinə yazdırıb
Ötən gecə keçirilən "Klub Brügge" - "Borussiya Dortmund" görüşündə oyuna sonradan daxil olaraq iki qol vuran Ceymi Qittens adını UEFA Çempionlar Liqasının tarixinə yazdırıb.
Oxu.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, gənc futbolçu UEFA Çempionlar Liqasının görüşündə ehtiyat oyunçular skamyasından qarşılaşmaya daxil olaraq iki qol vuran ikinci ən gənc futbolçu adına yiyələnib.
Qeyd edək ki, 20 yaşlı sol cinah hücumçusu Ceymi Qittens 2020-ci ildə "Mançester Siti" klubunun akademiyasını tərk edərək "Borussiya Dortmund"un U19 komandasına qatılıb.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər