Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda sevgilisini döyən və dostunu bıçaqlayan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Fuad Səmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fuad Səmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, Fuad Səmədovun barəsində həbs qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclası zalında həbs olunub.
İttihama görə, hadisə 6 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Fuad Səmədov sevgilisi Nərgiz Fərəcova (şərti) ilə qadının evində yaşayıb. Həmin gün təqsirləndirilən şəxsin dostu, zərərçəkmiş Elmar Tahirov (soyadı şərti) onlara qonaq gəlib. Söhbət zamanı qadın Fuada ondan ayrılmaq istədiyini bildirib. Mübahisə zamanı Fuad Nərgizi döyməyə başlayıb. Bu zaman otaqda olan Elmar təqsirləndirilən şəxsin qarşısını alaraq sakitləşdirmək üçün onun sifətinə şillə vurub. Fuad isə zərərçəkmişə etiraz edərək mətbəx otağında ələ keçirdiyi bıçaqla Elmarın qarın nahiyəsinə bir zərbə endirilib.
Hadisədən sonra Fuad Səmədov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
- Moskvada "Dom-2" ulduzunun faciəli ölümü: 50-dən çox bıçaq yarası
- Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ
- Qaradağda qanlı dava: İki qardaş bıçaqlandı
- Bərdədə qadın "TikTok"da mübahisə etdiyi Vətən müharibəsi iştirakçısını bıçaqladı
- Gəncədə 34 yaşlı kişi BIÇAQLANDI - Tanışı saxlanıldı