Düşənbə Böyük Dəbilqə turnirinin ilk yarış günündə kişilər arasında 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Balabəy Ağayev qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, cüdoçumuz finalda Mehrzod Sufiyevə (Tacikistan) ipponla qalib gələrək qızıl medalın sahibi olub.
Yaşar Nəcəfov yarımfinal görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, yarımfinalda məğlub olub.
Yarımfinalda məğlub olan Y.Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.
Yarışın ilk günündə Azərbaycan millisinin iki cüdoçusu tatamiyə çıxıb.
Oxu.Az xəbər verir ki, Balabəy Ağayev yarımfinalda Ariunbold Enxtayvanı (Monqolustan) məğlub edərək finala vəsiqə qazanıb.
Yaşar Nəcəfov Qazaxıstan cüdoçusu Nurmuxamet Botabaya qalib gələrək yarımfinala yüksəlib.
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin iki cüdoçusu tatamiyə çıxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov tacikistanlı rəqibi Exson Safarzodanı məğlub edərək dörddəbirə yüksəlib.
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev rəqibi Acıtı Dombuuya ilk görüşündə ipponla qalib gələrək, 1/4 finala vəsiqə qazandı.
Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxacaq.
60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda Muhammad Fathur Rohman (İndoneziya) - Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq çəki dərəcəsində Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.