Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Böyük dəbilqə": Azərbaycan cüdoçusu gümüş medal qazandı
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova "ippon"la məğlub olub və gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.
Qeyd edək ki, daha əvvəl Elcan Hacıyev (90 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıb.
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha iki cüdoçusu medal qazanıb.
Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşıblar.
Azərbaycan cüdoçularının mübarizə apardığı finalda Elcan Hacıyev daha üstün olub və qızıl medal əldə edib. Vüqar Talıbov isə gümüş medal sahibi olub.
Digər Azərbaycan təmsilçisi Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimovla yarışacaq.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevlə üz-üzə gələcək.
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşacaqlar.
Finala vəsiqə qazanan Camal Qamzatxanovun (+100 kq) rəqibi isə tacikistanlı cüdoçu Temur Rakimov olacaq.
Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.
Bürünc medallar uğrunda yarışlara və finallara Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) 1/16 finalda tatami üzərinə çıxacaqlar.
Yarışlar Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.