Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Beynəlxalq turnirdə Azərbaycanı iki çəki dərəcəsində üç idmançı təmsil edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev - Konstantin Simeonidis (BƏƏ)/Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə
Turan Bayramov - Sumiyabazar Enxtayvan (Monqolustan)/Yuantao Van (Çin) cütünün qalibi ilə
66 kq, 1/16 final
Elşən Əsədov - Cantsandorj Unurbat (Monqolustan).