Millimizin, “Neftçi”nin, “Xəzər Lənkəran”ın və “Qarabağ”ın keçmiş futbolçusu Branimir Subaşiç Azərbaycana gəlib.
Oxu.Az xəbər verir ki, bir neçə il öncə karyerasını bitirən serbiyalı futbolçunun Bakıya qəfil səfərinin məqsədi şəxsi işlərini həll etməkdir.
Onun tanınmış azərbaycanlı model Validə Abbasova ilə münasibətləri ictimaiyyətə sirr deyil. Belə bir məlumat var ki, Branimir Subaşiç köhnə tanışı ilə şərikli biznes qurmaq fikrindədir.