Braziliya millisinin hücumçusu Rafinyanın sağ budunun arxa hissəsində əzələ zədəsi aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb.
Futbolçu zədəni 2026-cı il dünya çempionatının qrup mərhələsində Haiti millisinə qarşı keçirilən və Braziliyanın 3:0 hesablı qələbəsi ilə başa çatan oyunun ilk hissəsində alıb.
"Rafinya mümkün qədər tez sağalaraq məşqlərə qayıtması üçün Braziliya millisinin tibbi heyətinin nəzarəti altında intensiv müalicə kursu keçəcək", - deyə məlumatda bildirilir.
Braziliya millisinin tibbi qərargahı futbolçunun bərpa müddəti ilə bağlı dəqiq məlumat açıqlamayıb. GE portalının yaydığı məlumata görə, yığmanın məşqçilər korpusu "Barselona"nın üzvünün iki həftədən sonra keçiriləcək 1/8 final oyunlarına qədər sıraya dönəcəyinə ümid edir.
Braziliya millisi dünya çempionatının qrup mərhələsində son oyununu iyunun 25-də Şotlandiya yığmasına qarşı keçirəcək.