Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Jorji Jezuş istefaya göndərildi
"Əl-Hilal" klubunda ayrılıq baş verib.
Oxu.Az "A Bola"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.
Buna səbəb komandanın Asiya Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırması olub. Klub rəhbərliyi qərarını bundan sonra qətiləşdirib.
Qeyd edək ki, Jezuş ötən mövsüm "Əl-Hilal"la həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə kubokunu qazanmışdı.
Braziliya millisindən dəvət alan Jorji Jezuş Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə yolları ayıracaq.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis Braziliya millisindən dəvət aldığı üçün klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, "Əl-Hilal" bir neçə gün öncə Asiya Çempionlar Liqasında "Əl-Əhli"yə uduzaraq, mübarizəni yarımfinalda dayandırıb.
"Əl-Əhli" teqi üzrə xəbərlər
- "Əl-Əhli" Asiya Çempionlar Liqasının qalibi oldu
- 2025-ci ilin ilk iki ayının ən məhsuldar futbolçuları kimlərdir?
- Roberto Firminyo Səudiyyə Ərəbistanı klubundan ayrılmağa hazırlaşır
- Viktor Osimhen "Qalatasaray"da qalmaq üçün 80 milyon avroluq təklifi geri çevirdi
- Dünyanın ən titullu klublarının siyahısında Misir təmsilçisi "Barselona" və "Real Madrid"i qabaqladı