"Son 5 ildə Azərbaycan informasiya məkanına müdaxilələr olur".
Oxu.Az xəbər verir ki, bunu Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Müşfiq Məmmədli Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, 2020-ci və 2023-cü ildə ölkənin ümumilikdə 60-dək media orqanına hücum oldu:
"Bundan başqa, daxili rəyi də çaşdırmağa çalışan hücumlar olur. Təklif edərdim ki, yeni addımlar atılsın. Rəhbərlik etdiyim təşkilat 6 ölkə ilə birlikdə belə vaxtlarda necə davranmağın lazım olması ilə bağlı hesabat hazırlayıb. Amma ölkədəki media orqanları arasında əlaqələr, dialoqlar yaranmalı, belə vəziyyətlərdə necə davranmaq lazım olduğunu müəyyən etmək lazımdır. Ən azı ictimai təşkilatlar səviyyəsində Rusiyaya qarşı etiraz bəyanatı olsun".
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra rəsmi Moskva ölkəmizin onlarla rusdilli media orqanına girişi Rusiyada qadağan edib.
Mərahim Nəsib