Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ Çin mallarının idxalı ilə bağlı "boşluğa" son qoydu: Trampdan növbəti qərar
ABŞ Prezident Administrasiyası 800 dollara qədər Çin istehsalı olan mallar üçün rüsumsuz qaydanı ləğv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Times" qəzeti məlumat verib.
Məlumata görə, ABŞ-də "de minimis" adlanan qayda qüvvədədir ki, bu qayda gömrük dəyəri 800 dollara qədər olan malların rüsumsuz idxalını nəzərdə tutur. Bir şərt var ki, mallar fiziki şəxslər və ya kiçik müəssisələr tərəfindən sifariş edilməlidir. Vaşinqton tərəfindən Çin mallarına gömrük rüsumlarının tətbiqindən sonra bir çoxları "əlavə ödənişlərdən" yan keçmək üçün bu "boşluğa" əl atırdılar.
Nəşr qeyd edir ki, bununla da Donald Tramp administrasiyası ABŞ-lilərə Çindən rüsum ödəmədən ucuz mal almağa imkan verən boşluğu rəsmi şəkildə aradan qaldırıb.
Xatırladaq ki, aprelin 2-də Donald Tramp digər ölkələrdən idxal olunan mallara "qarşılıqlı" rüsumların tətbiqi haqqında sərəncam imzalayıb. Ticarət müharibəsində bir sıra addımlardan sonra Vaşinqtonun Çin mallarına əlavə "qarşılıqlı" rüsumu 125%-ə, Pekinin ABŞ mallarına cavab rüsumunun da 125%-ə çatıb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- İran XİN: "Nüvə dosyesi ilə bağlı ABŞ-dən heç bir təklif almamışıq"
- İran parlamentarisi: "Uranın zənginləşdirilməsindən əl çəkməyəcəyik"
- Kaliforniyada partlayış: Terror aktı kimi qiymətləndirildi
- Meksika gəmisi Bruklin körpüsünə çırpıldı: Yaralananlar var
- Marko Rubio: "ABŞ Ukrayna üçün güclü sülh planı təqdim edib"