Braziliyalı futbolçular DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ev oyununda Kolumbiyaya 1:0 hesabı ilə qalib gəliblər.
Oyunda yeganə qolu 72-ci dəqiqədə Lukas Paketa vurub.
Oyun gününün digər qarşılaşmalarında isə Ekvador Venesueladan, Çili isə Paraqvaydan minimal hesabla üstün olub.
Qeyd edək ki, Braziliya millisi seçmə mərhələdə keçirdiyi 12 oyunda 11-ci qələbəsini qazanaraq Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etmək hüququ əldə edib.