Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib. Amsterdamda yerli “Ayaks” İspaniyanın “Valensiya” komandasını qəbul edib. Oxu.Az xəbər verir ki, pley-off mərhələsinə çıxmaq üçün “Ayaks”a heç-heçə də kifayət ediridi. Lakin “Valensiya”nın hücumçusu Rodriqo Morenonun 24-ü dəqiqədə vurduğu qol hollandları məğlub duruma qoydu. “Ayaks” sona qədər mübarizə aparsa da rəqib qapısına yol tapa bilməyib. “Valensiya” qələbə qazanaraq qrupda birinci yeri tutub, ikinci yerdə isə “Çelsi” qərarlaşıb.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin