Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxır.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız yoldaşlıq oyunu çərçivəsində Estoniyanın qonağı olacaq.
Bu komanda millimiz üçün tanış rəqibdir. Yığmamız tarixi ərzində 8-ci dəfə estonlarla üz-üzə gəlir. Əvvəlki 7 qarşılaşmada Azərbaycan cəmi 1 dəfə qələbəyə sevinə bilib. Estonların qələbəsi isə bizdən çoxdu - 2. Daha 4 qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Qarşılaşma saat 20:45-də başlayacaq.