Ötən cümə günü Filippində “Xayyan” tayfunu tüğyan edib.
BMT-nin hesablamalarına əsasən, təbii fəlakət nəticəsində 9 milyondan çox adam zərər çəkib.
Oxu.Az xəbər verir ki, BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin koordinasiya və cavab hərəkətləri şöbəsinin rəisi Con Qinqin sözlərinə görə, “Xayyan” tayfunu son 100 ildə ən çox dağıdıcı gücə malik olub.
Bu gün Filippin rəhbərliyi tayfun nəticəsində 3621 nəfərədək şəxsin həlak olduğunu bildiriblər. Ən azından 600 min nəfər insan evlərini tərk etməyə məcbur olublar.
Sizə bu təbii fəlakətin fəaliyyətinin “bəhrəsini” təqdim edirik.