Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli İnsanov həbsdə qaldı – Video
Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb.
Əli İnsanovun vəkili Toğrul Babayevin jurnalistlərə verdiyi məlumata görə, Plenumun qərarına əsasən, Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Əli İnsanov həbsdən azad edilməyib.
İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Toğrul Babayev Plenumun qərarından Avropa Şurasının Nazirlər Komitəsinə şikayətlə müraciət edəcəklərini bildirib.
AİHM bu il martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası üzrə qərarını açıqlayıb. Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib.
Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə.İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.
2005-ci ilin oktyabr ayında həbs olunan Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
www.oxu.az
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs
- ABŞ Ukrayna ilə bağlı sazişdə Aİ-nin iştirakını qaçılmaz hesab edir
- Trampın husilərə qarşı əməliyyatı - Yaxın Şərqdə ABŞ-İran savaşının mümkün sonu
- ABŞ alimləri Trampa görə Avropaya köçürlər
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"