Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu gün daha dörd cüdoçumuz tatamiyə çıxacaq
Cüdo üzrə Zaqreb Qran-prisində növbəti günün görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 4 idmançısı tatamiyə çıxacaq.
Kişilərin mübarizəsində 3, qadınlarda isə 1 cüdoçumuz medallar uğrunda yarışacaq.
Cüdo: Zaqreb Qran-prisi
Kişilər
73 kq
1/16 final mərhələsindən mübarizəyə başlayacaq Nəriman Mirzəyevin ilk rəqibi Yehonatan Elbaz (İsrail) olacaq.
Eyni mərhələdə İbrahim Əliyev isə Bruno Bermeo (Ekvador) ilə qarşılaşacaq.
81 kq
Zaməddin Poladov ilk mərhələdə Mixailo Svidrakla (Ukrayna) görüşəcək.
Qadınlar
63 kq
Aytac Qardaşxanlının ilk mərhələdə rəqibi Skay Knester (CAR) olacaq.
Qeyd edək ki, Qran-prinin ilk günündə komandamızın üç medal qazanıb. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Poladov (66 kq) isə bürünc medal əldə edib.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçuları Berlində 9 medal qazanıblar
- Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib
- Azərbaycan millisi cüdo üzrə dünya çempionatında mübarizəni dayandırdı
- Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
- Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub