Futbol həvəskarlarını bu axşam növbəti maraqlı oyunlar gözləyir.
Oxu.Az xəbər verir ki, 21.00-da Avstraliya yığması və birinci oyununda İspaniyaya 5:1 hesabı ilə qalib gələn Niderland komandası (B qrupu) arasında oyun baş tutacaq.
Gecə yarısı isə İspaniya və Çili qarşılaşması (yenə B qrupunda) olacaq. Maraqlıdır, birinci oyunda biabırçı şəkildə məğlub olan ispanlar indi necə oynayacaqlar?
Və nəhayət, futbol matçlarını Kamerun və Xorvatiya (A qrupu) yığmalarının 03.00-da başlayan oyunu tamamlayacaq.