Braziliya mundialının ikinci finalçısı bu gün – iyul ayının 9-da məlum olacaq.
Oxu.Az xəbər verir ki, iyul ayının 13-də almanlarla Niderland-Argentina görüşünün qalibi oynayacaq.
Hollandlar İspaniya yığması ilə oyundan sonra dünya birinciliyinə istiqamət alıblar. “Narınclar” 5:1 hesabı ilə dünya çempionunu darmadağın edərək turnirin favoritləri sırasına düşdülər. Amma eyni sürətlə davam edə bilmədilər.
Son görüşdə iki saat ərzində Kosta-Rikanın qapısına qol vura bilmədilər, yarımfinala penaltilərin hesabına vəsiqə aldılar. Argentina da qolları ilə azarkeşlərini sevindirməyib. “Səma mavisi”ni yarımfinala minimal hesab üstünlüyü ilə əldə etdikləri qələbələri çıxarıb.
Messi, İquain, Van Persi, Robben və digərlərinin ehtiyat etməkdən yan keçəcəklərinə ümid etməkdən başqa çarə yoxdur.
www.ohttp://www.oxu.azxu.az