Bu gün avrokuboklarda bir sıra maraqlı futbol görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, "CBC Sport" kanalı "Araz-Naxçıvan" - "Aris" matçını canlı yayımlayacaq.
İctimai TV isə "Petrokub" - "Sabah" matçını göstərəcək.
Türkiyə klublarının qarşılaşmalarını isə Türkiyənin TRT 1 və HT Spor kanalları canlı yayımlayacaqlar.
24 iyul
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Saat 20:00, "Araz-Naxçıvan" - "Aris" ("CBC Sport");
Saat 21:00, "Petrokub" - "Sabah" (İctimai TV);
Saat 21:00, "Çerno More" - "Başakşəhər" (TRT 1).
UEFA Avropa Liqası
Saat 22:00, "Beşiktaş" - "Şaxtyor Donetsk" (HT Spor).