Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bu gün Türkiyə Super Liqasında mövsümün qalibi bəlli ola bilər
Bu gün Türkiyə Super Liqasında 2023/24 mövsümünün qalibi bəlli ola bilər.
Oxu.Az xəbər verir ki, futbolsevərlərin diqqəti bu gün "Qalatasaray" "Fənərbağça" görüşünə yönələcək.
Aktivində 99 xalı olan "Qalatasaray" heç-heçə edəcəyi, ya da qalib gələcəyi təqdirdə 2023/24 mövsümünün qalibi olacaq.
"Fənərbağça" isə rəqibindən 6 xal geri olduğu üçün (93) çempionluq şansının davam etməsi üçün yalnız qalib gəlməlidir.
Qeyd edək ki, böyük maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
19 May, 20:00
"Qalatasaray" - "Fənərbağça"
Stadion: "Rams Park" (İstanbul)
Baş hakim: Arda Kardeşler
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyəli mütəxəssis İstanbulda zəlzələyə ən dayanıqlı və təhlükəli bölgələrin xəritəsini paylaşdı
- İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 18 nəfər həbs edildi
- ABŞ Senatı Türkiyədəki yeni səfirini təsdiq etdi
- NATO-suz və təminatsız: Avropa Türkiyəyə niyə "yox" deyir?
- "Heydərbabaya salam" Şəhriyarın Azərbaycan dilində yazdığı ilk əsər idi
Ən çox oxunanlar