Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bu il dünyanın ən yaxşı bombardiri kimdir?
2025-ci ildə milli çempionatlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ilk üç ayının bombardirlərini açıqlayıb.
Siyahıya Mohanad Ali başçılıq edir. İraqlı hücumçu "Aş Şorta"da 15 qol vurub.
Braziliyalı Markos Leonardo ikincidir. O, "Əl-Hilal"da 14 dəfə fərqlənib.
Avropanın ən yaxşısı Usman Dembele cədvəldə 3-cüdür. Fransalı vinger PSJ-də 13 qola sevinib.
Qeyd edək ki, IFFHS-in cədvəlində 9 və daha çox qol vuran 30 futbolçu yer alıb.
"Usman Dembele" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşı driblinq edən futbolçuların siyahısına gürcüstanlı ulduz başçılıq edir
- PSJ "Arsenal"la görüşə ciddi itki ilə çıxacaq
- 2025-ci ilin ən yaxşı bombardiri bəlli oldu
- Lamin Yamal "Qızıl top" mükafatına namizədlər siyahısında ilk pilləyə yüksəlib
- Usman Dembele "Arsenal"la görüşdə bir neçə rekorda imza atıb
Ən çox oxunanlar