COVID-19 səbəbindən “Formula-1”in Bəhreyn və Vyetnam mərhələləri təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.
Bildirilib ki, Bəhreyndə (20-22 mart) və Vyetnamda (3-5 aprel) nəzərdə tutulan yarışlar qeyri-müəyyən müddətə qədər ertələnib.
Qeyd edək ki, 13-15 martda Avstraliyada keçirilməsi planlaşdırılan yarış da ləğv olunub. Ondan əvvəl isə 17-19 apreldəki Çin Qran-Prisi təxirə salınıb.
Xatırladaq ki, 5-7 iyun tarixlərində Azərbaycan Qran-Prisinin təşkil olunması planlaşdırılıb.