Braziliyada keçirilən dünya çempionatı öz axarı ilə davam etməkdədir.
Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, iyunun 16-a 3 oyun keçiriləcək.
G qrupunda əsas matçı hesab edilən Almaniya və Portuqaliya arasındakı görüş də bu günə təsadüf edəcək. Bu qarşılaşma ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannın məsləhətçisi olan Berti Foqtsun da diqqət mərkəzində olacaq. Bu 2 Avropa komanda indiyədək yaşıl meydanlarda 17 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 9-da almanlar, 3-də isə portəkizlər qələbə qazanıb. 5 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Almaniya üstündür – 25:16.
Oyun bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Saat 23:59-da isə mübarizəyə cənub qonşularımız qoşulacaqlar. İran yığması Nigeriya ilə qarşılaşacaq.
Günün son oyununda isə Qana və ABŞ yığmaları güclərini sınayacaqlar. (saat 03:00-da)