Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Canni De Byazinin AFFA rəhbərliyinə verdiyi hesabat açıqlanıb
İtaliya mətbuatı Azərbaycan milli komandası ilə yollarını ayıran baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinin fövqəladə iclasında AFFA rəhbərliyinə verdiyi hesabatı açıqlayıb.
67 yaşlı mütəxəssis yığıncaqda yığmaya rəhbərlik etdiyi 3 il ərzində komandanın inkişaf etdiyini və tarixi uğura imza atdığını bildirib.
“İlk dəfə beş komandalı qrupda 7 xal topladıq. Həmçinin ardıcıl beş oyunda qələbə qazandıq ki, indiyədək Azərbaycan millisinin tarixində belə nəticə olmamışdı. Belçika ilə ilk matçda, Avstriya və İsveçlə görüşlərdə sərgilədiyimiz oyunla düzgün yolda olduğumuzu göstərdik. Yaxşı oyunçulardan ibarət maraqlı komanda formalaşdırdıq. Buna baxmayaraq, artıq burada qalmaq istəmirəm. Beləliklə, mən bütün şübhələri və çaşqınlığı aradan qaldırıram. Siz istədiyiniz seçimi etməkdə sərbəstsiniz. Hər şey üçün təşəkkür edirəm. Sizinlə işləmək xoş idi və mənim üçün əla təcrübə oldu. Daha yaxşı işlər görə biləcəyimizə ümid edirdim”, - De Byazi AFFA rəhbərliyinə hesabatında vurğulayıb.
Qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev iclasdan sonra jurnalistlərə açıqlamasında Canni De Byazinin yığmadakı fəaliyyətinin müzakirə olunduğunu və onunla müqavilənin uzadılmamasına qərar verildiyini bildirib.
Mənbə: Gianlucadimarzio.com
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər