Azərbaycan Premyer Liqasının XXII turunun dörd oyunundan üçündə heç-heçə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, yalnız “Qarabağ”la “Sumqayıt” arasındakı matçda qalib müəyyənləşib (4:1).
“Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə dörd qol vurulub – 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması səkkiz komandanın mübarizə apardığı son beş mövsümün rekordunun təkrarıdır. Bu müddətdə doqquzuncu dəfə belə hadisə yaşanır.
Cari mövsümdə isə ikinci dəfə üç heç-heçəyə təsadüf olunub. İlk belə hal XI turda gerçəkləşib.