Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cavid Hüseynovun "Səbail"də alacağı maaş bəlli olub
"Səbail" rəhbərliyi Cavid Hüseynovu komandanın sükanı arxasına dəvət etdiyini rəsmən açıqlasa da, müqavilənin maliyyə detalları barədə məlumat verməyib.
Sport24.az-ın verdiyi məlumata görə, gənc mütəxəssis cari mövsümdə Premyer Liqada ən aşağı məvacib alan baş məşqçilərdən biri olacaq.
Razılaşmaya əsasən, Cavid Hüseynov 2024/25 futbol ilinin sonunadək 8 min manat maaş alacaq. Buna səbəb klub tərəfindən sabiq çalışdırıcı Şahin Diniyevə ödəniləcək təzminatdır. Ancaq "dənizçilər"in yeni baş məşqçisi rəhbərlik qarşısında şərt qoyub. Belə ki, o, rəsmilərdən qış transfer dönəmində 3 yeni legionerin alınmasını istəyib.
Qeyd edək ki, "Səbail"in istefaya gedən sabiq baş məşqçisi Diniyevin "Səbail"də məvacibi 13 min manat olub.