Oxu.Az-ın yeni "TOP-al" podkastının növbəti buraxılışı yayımlanıb.
Verilişin qonağı futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev olub.
Podkastda DÇ-2026 ərəfəsində dünya futbolunda baş verən dəyişikliklər, müasir futbolda məşqçilərin rolu və sistem futbolunun oyuna təsiri geniş müzakirə edilib. Şahin Diniyev bugünkü futbolun əvvəlki illərlə fərqlərindən danışıb, texnologiyanın və statistikanın məşqçi qərarlarına təsiri ilə bağlı fikirlərini bölüşüb.
Bununla yanaşı, verilişdə müasir məşqçilərin üzərinə düşən əlavə məsuliyyətlər, futbolçuların xarakter fərqləri və böyük layihələrin futbol üzərindəki təsiri barədə də maraqlı məqamlar səsləndirilib. Şahin Diniyev DÇ-2026 ilə bağlı gözləntilərini açıqlayaraq favorit komandalar və müasir futbolun gələcəyi haqqında danışıb.
Veriliş maraqlı təhlillər, futbol xatirələri və səmimi müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, "TOP-al" podkastının növbəti buraxılışlarında da Azərbaycan futbolunun tanınmış simalarının iştirakı nəzərdə tutulur.