Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında ötən həftəsonu keçirilən maraqlı futbol oyunları və gündəmdə olan əsas hadisələr müzakirə edilib.
Verilişdə Türkiyə Superliqasında "Trabzonspor"un "Qalatasaray" üzərində 4:0 hesablı qələbəsi, Osimhensiz İstanbul təmsilçisinin çıxışı və "Trabzonspor"un yeni baş məşqçisi Tomas Raysın oyun planı barədə danışılıb.
Bundan əlavə, İngiltərə Premyer Liqasında "Brayton"un "Arsenal"ı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşma və Fabian Hürtselerin "topçular"a qarşı tətbiq etdiyi taktiki yanaşma müzakirə olunub.
Buraxılışda İspaniya La Liqasında keçirilən "Atletiko Madrid" - "Real Madrid" oyunundakı mübahisəli hakim qərarları, eləcə də Joze Mourinyonun klubdakı gələcəyi barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan Premyer Liqasında "Turan Tovuz" - "Zirə" qarşılaşmasından sonra Rəşad Sadıqovun Kurban Berdıyev və hakimlərlə bağlı səsləndirdiyi fikirlər müzakirə edilib.