Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı "Sabah"ın UEFA Çempionlar Liqasındakı çıxışına, klubun gələcək perspektivlərinə və Azərbaycan futbolundakı roluna həsr olunub.
Verilişin qonağı idman jurnalisti Kənan Məstəliyev olub.
Buraxılışda "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Yunayted"ə 0:4 hesablı məğlubiyyəti, komandanın "Old Trafford"da nümayiş etdirdiyi oyun və qarşılaşmanın nəticəsinə təsir edən əsas amillər müzakirə olunub.
Podkastda təmsilçimizin Çempionlar Liqasındakı növbəti oyunlarından gözləntilər, hansı rəqiblərə qarşı xal qazanmağın daha real olduğu və "Sabah"ın turnirdə neçə xal toplaya biləcəyi barədə fikirlər səsləndirilib.
Verilişdə, həmçinin "Sabah"ın uşaq futbolunun inkişafı üçün həyata keçirdiyi 10 milyon manatlıq "Sabah Football Academy Future Talents" layihəsinə toxunulub. Böyük investisiyanın Azərbaycan futboluna mümkün təsiri, gələcəyin istedadlarının yetişdirilməsi və layihədən milli komandaya qədər uzanan perspektivlər müzakirə edilib.
Kənan Məstəliyevlə "Sabah"ın uzunmüddətli inkişaf strategiyası, klubun Azərbaycan futbolunda yaratdığı yeni model və qarşıdakı 5-10 ildə komandanın hansı səviyyəyə çata biləcəyi barədə də danışılıb.
"Sabah"ın Çempionlar Liqasındakı çıxışı, qarşıdakı oyunlardan gözləntilər, 10 milyon manatlıq akademiya layihəsi və klubun gələcək hədəfləri ilə bağlı daha ətraflı fikirləri "TOP-al"ın yeni buraxılışında izləyə bilərsiniz.