Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında dünya futbolunun gündəmində olan əsas məsələlər müzakirə edilib.
Verilişdə İngiltərənin "Mançester Siti" klubunun maliyyə qaydalarını pozması ilə bağlı 115 maddə üzrə ittihamı, iş üzrə ortaya çıxan son məlumatlar və klubun mümkün cəzaları barədə danışılıb.
İngiltərə mətbuatında yayılan məlumatlara görə, klub 115 ittihamın 114-ü üzrə təqsirli bilinib. "Mançester Siti" isə qərarla razılaşmadığını açıqlayıb və apellyasiya prosesinin davam edəcəyini bildirib.
Bundan əlavə, Türkiyə futbolunda hakimlərlə bağlı yaranan qalmaqal, son günlər gündəmi zəbt edən iddialar və bu məsələnin futbol ictimaiyyətində doğurduğu müzakirələr diqqət mərkəzində olub.
Buraxılışda "Fənərbağça"nın Bakıda "Turan"a qarşı keçirdiyi oyun da müzakirə edilib. İstanbul təmsilçisinin Azərbaycandakı qarşılaşması və oyun ətrafında yaranan futbol atmosferi barədə fikirlər səsləndirilib.
Həmçinin braziliyalı ulduz Vinisius Juniorla bağlı sosial şəbəkələrdə yayılan, onun öldürüldüyünü və yerinə başqa şəxsin keçdiyini iddia edən konspirasiya nəzəriyyəsi müzakirə olunub. Bu iddiaların əsası və belə məlumatların necə yayıldığı barədə fikirlər bölüşülüb.
Bütün bunlar və dünya futbolunun digər aktual mövzuları "TOP-al"ın yeni buraxılışında müzakirə edilib.