"Çelsi"nin aparıcı oyunçularından biri Kol Palmer qarşıdakı vacib oyunlarda komandasına kömək edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Entso Mareska məlumat verib.
Onun sözlərinə görə, ayaq barmağı sınan yarımmüdafiəçi İngiltərə Premyer Liqasının "Börnli" və "Arsenal"la növbəti görüşlərində meydana çıxmayacaq.
İstedadlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun "Barselona" ilə vacib oyununda da londonlulara kömək edə bilməyəcək.