İngiltərə millisinin və "Çelsi"nin futbolçusu Kol Palmer EA SPORTS FC 27 oyununun görüntülərini vaxtından əvvəl canlı yayımda nümayiş etdirdiyi üçün "Twitch" və EA tərəfindən bloklanıb.
Oxu.Az techora.ru-ya istinadən xəbər verir ki, Palmer "Twitch"dəki yayım zamanı FC 27-nin oyun prosesini göstərib və planlaşdırılan tarixdən əvvəl oyun paketlərini açmağa başlayıb.
Bir müddət sonra oyunun tərtibatçıları canlı yayıma qoşularaq futbolçuya zarafatla müraciət ediblər: "Kol, məgər bunu daha sonra etməli deyilik?"
Bundan sonra Palmerin "Twitch" hesabı bloklanıb. Futbolçu isə buna yumorla yanaşaraq sosial şəbəkələrdə bloklama ilə bağlı ekran görüntüsü paylaşıb.
"Axı mən insanlara istədiklərini verirdim - deyəsən, tərtibatçılar bunu bəyəndilər", - deyə Palmer yazıb.
Qeyd edək ki, EA SPORTS FC 27 oyununun ilk rəsmi yayımı 15 sentyabr 2026-cı il, Bakı vaxtı ilə 21:00-22:30 aralığında keçirilib.