"Onlara qarşı oyunumuz çətin olacaq".
Oxu.Az xəbər verir ki, bunu İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska Bakıda "Qarabağ"la keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
O bildirib ki, "Qarabağ" "Benfika", "Kopenhagen"i məğlub edib, "Atletik Bilbao"ya qarşı isə yaxşı oyun göstərib:
"Əlbəttə ki, onlara qarşı oyunumuz çətin olacaq. Rəqibimiz 17 ildir eyni məşqçi ilə işləyir. Mən heç vaxt belə bir şey görməmişəm. Onlar öz meydanında daha güclü oynayırlar".
"Bakıda oyunöncəsi məşqə çıxmamağımızın səbəbi sıx qrafikdir. "Tottenhem"lə çətin oyundan sonra öz bazamızda qalmağımız vacib idi. Hazırlıq və sağalma arasında tarazlığı qorumağa çalışırıq", - deyə baş məşqçi qeyd edib.
Murad Nəsimi