Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı aparılan danışıqların bu ilin sonuna qədər başlayacağını proqnozlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.
"Ukrayna klasterlərin açılması üçün zəruri olan şərtləri yerinə yetirib: Bunlardan biri əsas prinsiplər, altısı xarici əlaqələr, ikisi isə daxili bazar üzrədir", - deyə məlumatda bildirilir.
Qeyd: Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayan fəaliyyət sahələrinin müəyyən bölgədə yerləşməsi ilə yaradılan, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və dialoq imkanlarına malik sahibkarlıq subyektlərindən ibarət olan bir sistemdir.