UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib:
“Porto” - “Arsenal”
“Napoli” - “Barselona”
PSJ - “Real Sosedad”
“İnter” - “Atletiko Madrid”
PSV - “Borussiya Dortmund”
“Latsio” - “Bavariya”
“Kopenhagen” - “Mançester Siti”
“Leypziq” - “Real Madrid”.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.
10:02
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Oxu.Az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar.
Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir.
Səpələnmişlər: ”Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real”, “Real Sosyedad” (hamısı İspaniya), “Bavariya”, Dortmund “Borussiya”sı (hər ikisi Almaniya).
Səpələnməmişlər: ”Kopenhagen” (Danimarka), “İnter”, “Latsio”, “Napoli” (hər üçü İtaliya), “Leypziq” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), PSV (Niderland).
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.