UEFA Konfrans Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə hər iki raundun cütlükləri müəyyənləşib.
Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.
UEFA Konfrans Liqası
1/4 final
“Budo Qlimt” (Norveç) – “Roma” (İtaliya)
“Feyenoord” (Niderland) – “Slaviya” Praqa (Çexiya)
“Marsel” (Fransa) - PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) - PSV (Niderland)
Yarımfinal
1. “Lester” (İngiltərə) / PSV (Niderland) – “Budyo Qlimt” (Norveç) / “Roma” (İtaliya)
2. “Feyenoord” (Niderland) / “Slaviya” Praqa (Çexiya) – “Marsel” (Fransa) - PAOK (Yunanıstan)
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.
Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.
16:47
UEFA Avropa Liqasında cari mövsümün son püşkü atılıb.
İsveçrənin Nyon şəhərindəki tədbirdə əvvəlcə 1/4 mərhələsinin cütlükləri bəlli olub.
1/8 finalda Türkiyə “Qalatasaray”ını mübarizədən kənarlaşdıran İspaniya “Barselona”sı bu raundda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşacaq.
Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.
Avropa Liqası
1/4 final
“Leypsiq” (Almaniya) - “Atalanta” (İtaliya)
“Ayntraxt” (Almaniya) - “Barselona” (İspaniya)
“Vest Hem” (İngiltərə) - “Lion” (Fransa)
“Braqa” (Portuqaliya) - “Reyncers” (Şotlandiya)
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Roman Sançes-Pisxuan” stadionunda oynanılacaq.
15:30
UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundların cütlükləri bəlli olub.
Turnirin son qalibi olan İngiltərə “Çelsi”si 1/4 finalda İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gələcək.
Püşkatmada həmçinin final oyununun nominal meydan sahibi də bəlli olub.
Çempionlar Liqası
1/4 final
“Çelsi” (İngiltərə) - “Real Madrid” (İspaniya)
“Mançester Siti” (İngiltərə) - “Atletiko” (Madrid, İspaniya)
“Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)
“Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
Yarımfinal
1. “Mançester Siti” (İngiltərə) - “Atletiko” (Madrid, İspaniya) / “Çelsi” (İngiltərə) - “Real Madrid” (İspaniya)
2. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə) / “Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da olacaq.
11:56
Bu gün Avropanın üç klub turnirinin püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının və Avropa Konfrans Liqasının 1/4, 1/2 və final mərhələlərinin püşkü baş tutacaq. Kor püşkə əsasən, eyni ölkə təmsilçiləri də bir-biriləri ilə mübarizə apara biləcəklər.
Çempionlar Liqası
“Atletiko”, “Real”, “Vilyareal” (hər üçü İspaniya), “Bayern” (Almaniya), “Benfika” (Portuqaliya), “Çelsi”, “Liverpul”, “Mançester Siti” (hər üçü İngiltərə);
Avropa Liqası
“Leypsiq”, “Ayntraxt” (hər ikisi Almaniya), “Barselona” (İspaniya), “Atalanta” (İtaliya), “Braqa” (Portuqaliya), “Reyncers” (Şotlandiya), “Vest Hem” (İngiltərə), “Lion” (Fransa);
Konfrans Liqası
“Marsel” (Fransa), “Lester” (İngiltərə), PSV, “Feyenoord” (hər ikisi Niderland), “Bodo/Qlimt” (Norveç), PAOK (Yunanıstan), “Slaviya” (Çexiya), “Roma” (İtaliya).
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar Liqasının püşkatması Bakı vaxtı ilə saat 15:00-da, Avropa Liqasınınkı saat 16:30-da və Konfrans Liqasınınkı saat 18:00-da başlayacaq.
Püşkatma zamanı mayın 28-də Fransanın paytaxtı Parisdə keçiriləcək Çempionlar Liqası finalının, mayın 18-də İspaniyanın Sevilya şəhərində keçiriləcək Avropa Liqası finalının və mayın 25-də Albaniyanın Tirana şəhərində keçiriləcək Konfrans Liqası finalının nominal meydan sahibləri bəlli olacaq.
Səbuhi Musa