Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirildi.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 16 iştirakçısı növbəti rəqibinin adını İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə məlum oldu.
Bu mərhələdə qrup mərhələsinin qalibləri 2-ci yer sahibləri ilə qarşılşacaq. Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə “Qalatasaray”ı da qrup qaliblərindən biri ilə düşüb.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2014-cü il fevralın 18-19, 25-26-da, cavab oyunları isə martın 11-12, 18-19-da keçiriləcək.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
1/8 final
“Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) - “Mançester Yunayted” (İngiltərə)
“Milan” (İtaliya) - “Atletiko Madrid” (İspaniya)
“Bayer Leverkuzen” (Almaniya) - PSJ (Fransa)
“Qalatasaray” (Türkiyə) - “Çelsi” (İngiltərə)
“Şalke” (Almaniya) - “Real Madrid” (İspaniya)
“Zenit” (Rusiya) - “Borussiya Dortmund” (Almaniya)
“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya)