San-Remo festivalının ulduzları artıq Bakıya təşrif buyurur.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Toto Kutunyo, Al Bano, Rikki e Poveri, Rikardo Folyi, Umberto Tossi, Tonni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya dekabrın 18-də ilk dəfə Azərbaycanın ən böyük konsert zalında – “Crystall Hall”da çıxış edəcəklər.
İtaliya ulduzlarının konserti Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək.
Konsertin aparıcısı isə dünya şöhrətli aktrisa Ornella Muti və teleaparıcı Tural Əsədov olacaq.
Qeyd edək ki, Toto Kutunyo artıq Bakıdadır. O, hazırda “JW Marriot Absheron Baku” otelinə yerləşib.
Əldə etdiyimiz məlumata görə, bir neçə saatdan sonra müğənni paytaxtla tanış olacaq. Həmçinin İvana Spanya da artıq paytaxta gəlib.
Aytən Sadıqzadə
www.oxu.az