UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turuna yekun vurulub.
Oxu.Az gecənin nəticələrini təqdim edir:
E qrupu
“Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya) 0:2
F qrupu
“Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) 1:2
G qrupu
“Real Madrid” (İspaniya) – “Roma” (İtaliya) 3:0
1.46
UEFA Çempionlar Liqasında ilk turun ikinci gününün oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, günün açılış matçları E qrupunda keçirilən “Ayaks” (Hollandiya) – AEK (Kipr) və F qrupunda baş tutan “Şaxtyor” (Ukrayna) – "Hoffenhaym" (Almaniya) görüşləri olub.
Amsterdamda keçirilən görüşdə meydan sahibləri 3:0 qalib gəliblər. Donetsk klubu isə 81-ci dəqiqədə məğlubiyyətdən xilas ola bilib – 2:2.
Qeyd edək ki, günün digər altı oyunu hazırda davam edir.
Səbuhi MUSAYEV
www.oxu.az