Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, E, G, H və F qruplarında son oyunlar keçiriləcək.
İlk üç qrupda artıq bütün nəticələr sona bir tur qalmış bəlli olduğundan son görüşlər, demək olar ki, formal xarakter daşıyacaq. E qrupunda Hollandiyada qrup birincisi müəyyənləşdiriləcək.
Yalnız F qrupunda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmiş “Mançester Siti”yə “Lion”un, yoxsa “Şaxtyor”un yoldaşlıq edəcəyi bəlli olacaq. Həmçinin Donetsk klubu uduzarsa, “Hofenhaym” səfər qələbəsi sayəsində Avropa Liqasına gedəcək.
H qrupunda “Yuventus” və “Mançester Yunayted” qrup birincisini son turda müəyyənləşdirəcək.
E qrupu
00:00 “Ayaks” (Hollandiya) – “Bayern” (Almaniya)
00:00 “Benfika” (Portuqaliya) – AEK (Yunanıstan)
1. “Bayern” 13
2. “Ayaks” 11
3. “Benfika” 4
4. AEK 0
F qrupu
00:00 “Şaxtyor” (Ukrayna) – “Lion” (Fransa)
00:00 “Mançester Siti” (İngiltərə) – “Hofenhaym” (Almaniya)
1. “Mançester Siti” 10
2. “Lion” 7
3. “Şaxtyor” 5
4. “Hofenhaym” 3
G qrupu
21:55 “Real” (İspaniya) – ÇSKA (Rusiya)
21:55 “Viktoriya” (Çexiya) – “Roma” (İtaliya)
1. “Real” 12
2. “Roma” 9
3. “Viktoriya” 4
4. ÇSKA 4
H qrupu
00:00 “Yanq Boyz” (İsveçrə) – “Yuventus” (İtaliya)
00:00 “Valensiya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
1. “Yuventus” 12
2. “Mançester Yunayted” 10
3. “Valensiya” 5
4. “Yanq Boyz” 1
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər