Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çempionlar Liqasının finalında ən çox iştirak edən baş məşqçilər
Futbol Tarixi və Statistikası Beynəlxalq Təşkilatının (İFFHS) cədvəlində ən azı dörd final həyəcanı yaşayan altı mütəxəssis yer alıb.
Məlumata görə, siyahıya Karlo Ançelotti başçılıq edir. Bu həftə keçiriləcək görüş italiyalı üçün 6-cı final matçı olacaq. Beş mütəxəssis isə hərəyə 4 uğura sevinib.
1. Karlo Ançelotti (İtaliya) – 6 ("Milan" 2003, 2005, 2007, "Real" 2014, 2022, 2024)
2-6. Pep Qvardiola (İspaniya) – 4 ("Barselona" 2009, 2011, "Mançester Siti" 2021, 2023)
Aleks Ferqyuson (İngiltərə) – 4 ("Mançester Yunayted" 1999, 2008, 2009,2011)
Marçello Lippi (İtaliya) – 4 ("Yuventus" 1996, 1997, 1998, 2003)
Migel Munyos (İspaniya) – 4 ("Real" 1960, 1962, 1964, 1966)
Yurgen Klopp (Almaniya) – 4 ("Borussiya Dortmund" 2013, "Liverpul" 2018, 2019, 2022)
Mənbə: iffhs.com