2022-ci il dünya çempionatının pley-off mərhələsinin final görüşünə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.
Bu hüquqa İsveç millisi Çexiya üzərində minimal hesablı qələbə sayəsində yiyələnib.
Əsas vaxtı qolsuz tamamlanan görüşdə yeganə qolu 110-cu dəqiqədə Robin Kuayson vurub.