Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cinsi zorakılıqda ittiham olunan Dani Alveş bəraət aldı
İspaniyada məhkəmə əvvəllər cinsi zorakılıq işində həbs cəzasına məhkum edilmiş braziliyalı futbolçu Dani Alveşin apellyasiya şikayətini təmin edib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Kataloniya Ali Məhkəməsinin mətbuata açıqlamasında deyilir.
Hüquqi instansiya futbolçunun apellyasiya şikayətini yekdilliklə təmin edib, 2022-ci ilin dekabrında Barselonada gecə klubunda gənc qadına qarşı cinsi zorakılıq cinayətinə görə məhkum edilən futbolçuya məhkəmə bəraət qazandırıb.
Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş 4.5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi. Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.
41 yaşlı Alveş 2022-ci ilin iyulundan Meksikanın "Pumas" klubunda çıxış edir. Əvvəllər o, Braziliyanın "Bahia" və "San-Paulo", İtaliyanın "Yuventus", Fransanın PSJ, İspaniyanın "Sevilya" və "Barselona" klublarında oynayıb. Müdafiəçinin aktivində 43 kubok var. Alveş altı dəfə İspaniya çempionu, iki dəfə Fransa çempionu, İtaliya çempionu olub, üç dəfə Çempionlar Liqasını, iki dəfə UEFA Kubokunu, üç dəfə UEFA Superkubokunu qazanıb. Braziliya millisinin tərkibində o, iki dəfə Konfederasiyalar Kubokunu (2009, 2013) və Amerika Kubokunu (2007, 2019) qazanıb, həmçinin Olimpiya çempionu (2021) olub.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Rusiyada dəhşətli qətl: Qadını parçalayıb cəsədini ərzaq arabasında daşıdı
- Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
- Diddi Kanye Uestlə telefon danışığında təhlükə barədə xəbərdarlıq etdi
- İcma: "Ermənistan qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir"
- Kişi "Wi-Fi"yi söndürmək üstündə keçmiş arvadını döydü - HÖKM