UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.
E qrupunda “Bavariya” Almaniyada Ukraynanın “Dinamo” (Kiyev) klubunu (5:0), “Benfika” isə Portuqaliyada İspaniya “Barselona”sını darmadağın edib - 3:0.
F qrupunda “Mançester Yunayted” “Old Trafford”da Ronaldunun son dəqiqə qolu ilə “Vilyarreal”a 2:1 hesabı ilə qalib gəlib.
Gecənin ən diqqətçəkən qarşılaşması H qrupunda “Yuventus” ilə turnirin son qalibi olan “Çelsi” arasında oynanılıb. Bu oyunda meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.
Çempionlar Liqası
II tur
29 sentyabr
E qrupu
“Bavariya” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 5:0
Qollar: Robert Levandovski, 12; 27, Serj Qnabri, 68, Leroy, Sane, 74, Erik Şupo-Motinq, 87