UEFA Çempionlar Liqasının qrup mərhələsində II turu davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Hər iki qarşılaşmada meydan sahibləri qalib gəliblər.
F qrupunda İtaliya “Atalanta”sı İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib. Görüşün taleyini bir qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.
H qrupunda isə Rusiya “Zenit”i evdə İsveç “Malmö”sünü darmadağın edib - 4:0. Sankt-Peterburq klubunun heyətində qolları 9-cu dəqiqədə Klaudinyo, 49-cu dəqiqədə Daler Kuzyayev, 80-ci dəqiqədə Aleksey Sutormin və görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vendel vurublar.
Çempionlar Liqası
II tur
F qrupu
“Atalanta” (İtaliya) – “Yanq Boyz” (İsveçrə) - 1:0
Qol: Matteo Pessina, 66